Yazını böyüt
Yazını kiçilt
"Vaqner" Baxmutu tərk etmir - praktiki olaraq bu birləşmə artıq yoxdur”.
Hafta.az xəbər verir ki, bu barədə “Kiyev 24” telekanalının efirində Gürcüstan Milli Legionunun yaradıcısı və komandiri Mamuka Mamulaşvili danışıb.
"Düşünürəm ki, "Vaqner" qrupu praktiki olaraq yoxdur. Baxmut "Vaqner" qrupunun məhv edilməsində böyük rol oynayıb", - deyə Mamulaşvili bildirib.
Onun sözlərinə görə, “Vaqner” rəhbəri Priqojinin son çıxışları zamanı göstərdiyi hərbçilər “Vaqnerin hələ də sağ qalan hissəsidir”.
Bununla yanaşı, Mamulaşvili bildirib ki, cəbhədə vəziyyət kifayət qədər gərgin olaraq qalır. "Artilleriyamız əsasən Baxmut istiqamətində işləyir. Cəbhənin digər sektorlarında təmas döyüşləri gedir", - deyə hərbçi qeyd edib.